...

Könül Nurullayeva 8 aylıq fəaliyyət hesabatını təqdim edib (FOTO)

Cəmiyyət Materials 6 Sentyabr 2021 11:05 (UTC +04:00)
Könül Nurullayeva  8 aylıq fəaliyyət hesabatını təqdim edib (FOTO)

Bakı. Trend:

Milli Məclisin deputatı Könül Nurullayeva 2021-ci il üzrə 8 aylıq fəaliyyət hesabatını təqdim edib.

Trend-in məlumatına görə, hesabat dövründə Deputat Qərargahına 1806 vətəndaş müraciəti daxil olub. Səyyar, birbaşa və onlayn olmaqla ümumilikdə 101 qəbul zamanı 690 sakin dinlənilib. Səyyar görüşlərdə iştirak edən sakinlərin sayı 760 nəfər olub. Deputat Qərargahına birbaşa 294, sosial şəbəkələr vasitəsi ilə 284, telefon vasitəsi ilə 256, yazılı formada 198, Milli Məclis Aparatından 14 müraciət daxil olub. Yazılı müraciətlər həll edilməsi üçün aidiyyəti üzrə göndərilib.

Müraciətlərin təsnifatına gəlincə, maddi yardım edilməsi, məhəllələrin abadlaşdırılması, məşğulluq, tibbi müayinə və müalicəyə köməklik, dövlət və qeyri-dövlət orqanlarının fəaliyətindən şikayətlər, mənzil-məişət şəraitinin yaxşılaşdırılması xahişlərini əhatə edib. Maddi yardım, tibbi müayinə və müalicəyə köməklik, mənzil təmiri xahişləri ilə bağlı edlimiş müraciətlərin (825 nəfər) 98%-i müsbət həll edilib.

Vətən müharibəsi şəhidləri və qaziləri üçün görülmüş işlərə gəlincə, hesabat dövründə şəhid Məmmədov Zəbiyulla Şahin oğlunun adının əbədiləşdirilməsi məqsədi ilə şəhidin adına böyük "Şəhid bulaq-kompleksi" inşa edilib, eyni zamanda İkinci Qarabağ döyüşlərində Nizami rayonunun 31 şəhidinin simasında ümumilikdə 60 şəhidimizin rəsm əsərlərindən ibarət sərgi təşkil olunub, Nizami rayonundan döyüşlərdə iştirak edərək ağır yaralanmış 4 nəfər qazi himayəyə götürülərək, müalicəsi və reabilitasiyası reallaşıb, Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr edilmiş ağacəkmə aksiyası həyata keçirilib. Son 8 ayda 2568 nəfərə müxtəlif yardımlar edilib.

Milli Məclisdə fəaliyyətə gəlincə, millət vəkili hesabat dövründə "İşsizlikdən sığorta", "Məşğulluq", "Əmək pensiyaları", "Ailə Məcəlləsi”, "Gender bərabərliyinin təminatları" haqqında Qanunlar başda olmaqla bir çox qanunvericilik aktlarının müzakirəsində fəal iştirak edib, həm bu sənədlər, həm də bir neçə dövlət qurumunun hesabatları ilə bağlı müvafiq təklif və tövsiyələrini bildirib.

K.Nurullayeva istedadlı gənclərə və qadınlara dəstək layihələrinin reallaşmasında dəstəyini bu müddətdə də davam etdirib. Bu baxımdan "Youth Inc." Sahibkarlıq proqramının əhatə etdiyi bölgələrin tərkibinə Nizami rayonunun daxil edilməsi, gənclərin və qadınların sahibkarlıq fəaliyyətində iştirak etməsi üçün imkanların yaradılması, yenilikçi startap və biznes layihələrinə cəlb olunması və s. qeyd etmək olar.
Hesabat dövründə millət vəkili ölkə və dünya gündəmində baş verən əhəmiyyətli hadisələrə də münasibət bildirib. Bu müddətdə millət vəkilinin beynəlxalq mətbuatda 17 məqaləsi dərc olunub. Yerli mətbuatda ümumilikdə 2359 resursda 514 məqalə və açıqlama ilə çıxış edən K.Nurullayeva sosial şəbəkələrdə də fəallığı ilə seçilib. Belə ki, millət vəkili sosial şəbəkələrdə Azərbaycan, ingilis, rus, türk və fransız dillərində
1638 paylaşım edib.

Cari ilin 8 ayı K.Nurullayevanın Azərbaycan-Xorvatiya İşçi Qrupunun rəhbəri kimi fəaliyyəti baxımından da səmərəli olub. Belə ki, Xocalı həqiqətləri ilə bağlı Xorvatiya-Azərbaycan Parlamentlərarası İşçi Qrupunun sədri Mato Cicaka məktub göndərilib. Eyni zamanda K.Nurullayevanın Xorvatiyanın ən aparıcı media platformalarında mütəmadi olaraq Qarabağ həqiqətlərini əks etdirən məqalələri çap olunub. Azərbaycan-Xorvatiya əlaqələrinin inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi üzrə təkliflər hazırlanıb və s.

AŞPA-da fəaliyyətinə gəlincə, millət vəkili son 8 ayda keçirilən müzakirələrdə əsasən “Avropada etnik ayrı-seçkilik məsələləri”, “Vaksinləşmə prosesi”, “Uşaqlara qarşı zorakılıq”, “Təmsil olunmayan qruplardan olan qadınların siyasi və ictimai qərar qəbuletməsində iştirakının artırılması”, “Deputatların gender bərabərliyinin təşviq edilməsində rolu və Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Konvensiyanın praktik cəhətdən tətbiq olunması” mövzuları üzrə çıxışlar edib. Həmçinin BMT, İHİF Koordinasiya Komitəsi və Türkiyə Təşkilat Komitəsi, Parlamentlərarası Birlik və BMT Qadın təşkilatları, MDB Parlamentlərarası Assembleyası kimi beynəlxalq təşkilatların toplantılarında Azərbaycanı təmsil edib.

Tolerantlıq və Sülh üzrə Beynəlxalq Parlamentin altıncı plenar iclasında "İqlim dəyişikliyinin gələcəyi: Firavanlıq və sülh üçün perspektivlər və çətinliklər" mövzusunda çıxış edən K.Nurullayeva iclas çərçivəsində Qarabağ həqiqətləri, işğaldan azad olunmuş torpaqlarda davam edən yenidənqurma işləri və mina xəritələrinin Azərbaycan tərəfinə təhvil verilməsinin önəmi barədə öz mövqeyimizi beynəlxalq auditoriyaya çatdırıb.
Millət vəkili həmçinin Tolerantlıq və Sülh üzrə Beynəlxalq Parlamentinin Beynəlxalq Əlaqələr komitəsinin üzvü seçilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti