...

AQTA 4 müəssisədə pozuntular aşkarlayıb

Cəmiyyət Materials 28 Sentyabr 2021 16:50 (UTC +04:00)
AQTA 4 müəssisədə pozuntular aşkarlayıb

Bakı. Çingiz Səfərli - Trend:

Dünən Bakıda üç, Göygöl rayonunda bir müəssisədə pozuntular aşkarlanıb.

Bu barədə Trend-ə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) bildirilib.

Məlumata görə, ötən gün ölkə üzrə 401 ictimai iaşə obyektində 678 monitorinq keçirilib. Monitorinqlər zamanı 4 müəssisədə aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.

Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:

1. Bakı şəhəri, Səbail rayonu, Ü. Hacıbəyov küç., ev 18 ünvanında yerləşən, fiziki şəxs Qasımov Əzizbəy Mirzəbəy oğluna məxsus restoran;

2. Bakı şəhəri, Səbail rayonu, Neftçilər pr., ev 108 ünvanında yerləşən, hüquqi şəxs “Mint” MMC-yə məxsus “Köfteci Ramiz” restoranı;

3. Bakı şəhəri, Nəsimi rayonu, M. Cəfərov küç., ev 28 ünvanında yerləşən, fiziki şəxs Qurbanov Cavid Sadıx oğluna məxsus kafe;

4. Göygöl rayonu, Azay Kazımov küçəsində yerləşən, fiziki şəxs Quliyev Cavid Şəmsəddin oğluna məxsus “Giləvar” restoranı.

Twitter: @cingizsafarli

Məqalədə:
Xəbər lenti

Xəbər lenti