...

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Cəmiyyət Materials 30 Sentyabr 2021 18:24 (UTC +04:00)
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Bakı. Trend:

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 68 676 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 16 517, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 52 159 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 8 554 628, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 762 232, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 3 792 396 təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti