...

Məktəblər bağlanır? - Nazirlikdən AÇIQLAMA

Cəmiyyət Materials 19 Oktyabr 2021 13:56 (UTC +04:00)
Məktəblər bağlanır? - Nazirlikdən AÇIQLAMA

Bakı. Çingiz Səfərli - Trend:

Təhsil Nazirliyindən məktəblərin bağlanması ilə bağlı yayılan məlumatlara münasibət bildirilib.

Trend xəbər verir ki, bu barədə nazirliyin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov "Facebook" səhifəsində məlumat verib:

O qeyd edib: "Sosial mediada Təhsil Nazirliyinin adından yayılan və məktəblərin bağlanmasını tirajlayan "xəbər" dezinformasiya xarakterlidir".

Qeyd edək ki, sosial şəbəkələrdə koronavirus pandemiyası ilə əlaqədar məktəblərin tamamilə distant təhsilə keçəcəyi ilə bağlı məlumatlar yayılıb.

Twitter: @cingizsafarli

Məqalədə:
Xəbər lenti

Xəbər lenti