...

Millət vəkili Sevil Mikayılova Xaçmazda şəhid ailələri ilə görüşüb (FOTO)

Cəmiyyət Materials 25 Oktyabr 2021 13:12 (UTC +04:00)
Millət vəkili Sevil Mikayılova Xaçmazda şəhid ailələri ilə görüşüb (FOTO)

Trend-i buradan izləyin

Bakı. Trend:

Milli Məclisin deputatı Sevil Mikayılova Xaçmaz rayonunda şəhid ailələrini ziyarət edib.

Trend-in məlumatına görə, rayonun Nabran, Pirquluoba, Palçıqoba, Nərəcan, Mürşüdoba, Uzunoba, Şərifoba kəndlərində keçirilən görüşlər zamanı Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərimizin xatirəsi ehtiramla yad edilib. Şəhidlərin doğmaları ilə söhbət zamanı Vətən müharibəsində tarix yazan oğulların keçdikləri döyüş yolundan danışılıb, onlarla bağlı xatirələr bir daha anılıb. Görüşlərdə Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq şəhid ailələrinin hər zaman dövlət tərəfindən xüsusi diqqət və qayğı ilə əhatə olunduğu vurğulanıb.

Şəhid yaxınları göstərilən diqqət və qayğıya görə Prezident, Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya öz minnətdarlıqlarını ifadə ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti