...

Azərbaycandakı sürüşmə zonalarında mövcud vəziyyət açıqlanıb

Cəmiyyət Materials 26 Oktyabr 2021 21:25 (UTC +04:00)
Azərbaycandakı sürüşmə zonalarında mövcud vəziyyət açıqlanıb

Trend-i buradan izləyin

Bakı. Çingiz Səfərli - Trend:

Monitorinqlərə cəlb edilmiş sürüşmə zonalarında ciddi dinamik dəyişiklik müşahidə olunmur.

Bunu Trend-ə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin rəisi Əli Əliyev deyib. Onun sözlərinə görə, sadəcə bir müddət əvvəl Quba rayonunun Qırızdəhnə kəndində 50 hektara yaxın ərazidə sürüşmə olub. Proses hələ tam səngiməyib, aktiv fazadadır: "Bakı və Abşerondakı sürüşmə ərazilərində isə vəziyyət stabildir. Badamdar sürüşmə zonasında Fövqəladə Hallar Nazirliyi və digər aidiyyəti qurumlar tərəfindən bərpa işləri davam etdirilir.

Cənub bölgəsində də lokal aktiv sahələr var. Onların əsas hissəsi yaşayış məskənlərindən kənarda olduğu üçün təhlükə doğurmur. Sadəcə, yağışların yağması ilə əlaqədar bəzən yaşayış məntəqələrinin özündə zəif çökmə prosesləri müşahidə olunur. Amma bunlar mövsümi xarakterlidir. Cənub regionunda sürüşmə prosesinə məruz qalan ərazilər çoxdur. Lakin quraqlıq zamanı proses o qədər aktiv baş vermədiyinə görə, biz onları nisbi stabil zonalar sayırıq. Ümumilikdə, ölkə ərazisində vəziyyət nisbi stabildir".

Twitter: @cingizsafarli

Məqalədə:
Xəbər lenti

Xəbər lenti