...

Vətən müharibəsi dövründə Tərtərdə 7 056 zərər dəymiş ev və obyekt qeydə alınıb - İcra başçısı

Cəmiyyət Materials 3 Noyabr 2021 14:30 (UTC +04:00)
Vətən müharibəsi dövründə Tərtərdə 7 056 zərər dəymiş ev və obyekt qeydə alınıb - İcra başçısı

Tərtər: Çingiz Səfərli - Trend:

Vətən müharibəsi dövründə Tərtərdə 7 056 zərər dəymiş ev və obyekt qeydə alınıb.

Bunu Trend-ə açıqlamasında Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov deyib. Onun sözlərinə görə, onlardan 6003-ü fərdi yaşayış və qeyri-yaşayış obyektləridir:

"Bu gün həmin obyektlərdən 44-ündə hələ təmir-bərpa başlamayıb. Həmin obyektlərlə bağlı vətəndaşlar daha çox vəsait tələb edir. Ötən gün vətəndaşlar qəbul edilərək dinlənilib. 344 evdə isə təmir işləri davam edir. Hesab edirəm ki, bu ayın sonuna qədər bu işlər yekunlaşacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti