...

Saçının uzun olduğuna görə şagirdə irad bildirən müəllimə töhmət verildi

Cəmiyyət Materials 16 Dekabr 2021 17:17 (UTC +04:00)
Saçının uzun olduğuna görə şagirdə irad bildirən müəllimə töhmət verildi

Bakı. Çingiz Səfərli - Trend:

Paytaxtdakı 116 nömrəli tam orta məktəbdə şagirdin saçının uzun olduğuna görə müəllimin ona irad bildirməsi səbəbindən yaranmış anlaşılmazlıq ilə bağlı məktəbdən valideyn ilə əlaqə saxlanılıb və yaranmış anlaşılmazlığa aydınlıq gətirilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Trend-ə bildirilib ki, məktəb rəhbərliyi tərəfindən qeyd olunan müəllimə töhmət verilib.

Həmçinin, Bakı Şəhəri üzrə Təhsil İdarəsindən valideyn ilə əlaqə saxlanılıb. Valideyn vaxt məhdudiyyəti olduğuna görə ona uyğun vaxtda BŞTİ-nin nümayəndələri ilə birgə məktəbdə olacağını bildirib. Bu görüşdə anlaşılmazlığa səbəb olan məsələnin bir daha müzakirə olunacağı valideynin nəzərinə çatdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti