...

Ağac kəsənlərin müəyyən olunması üçün polisə müraciət olunub

Cəmiyyət 14 Yanvar 2022 09:10 (UTC +04:00)

Bakı. Çingiz Səfərli - Trend:

Ağcabədi rayonu “Xatirə” parkı adlanan ərazidə ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət yerində araşdırılıb.

Trend-in məlumatına görə, xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, sözügedən parka keçirilən baxış zamanı 6 sərv tinginin kökündən çıxarıldığı müəyyən edilib. Faktla bağlı akt tərtib olunub.

“Təqsirkarların müəyyən olunması və barələrində qanunamüvafiq tədbirlərin görülməsi üçün toplanmış sənədlər Ağcabədi rayon Polis Şöbəsinə göndərilib”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti