...

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Cəmiyyət 14 Yanvar 2022 18:34 (UTC +04:00)
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Bakı. Trend:

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 28 613 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 702, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 939, buster doza üzrə vaksinasiya olunanların sayı isə 22 972 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 11 621 120, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 195 727, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 709 352, buster doza üzrə vaksinasiya olunanların sayı isə 1 716 041 təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti