...

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə yeni səlahiyyət verilib

Cəmiyyət 19 Yanvar 2022 12:06 (UTC +04:00)
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə yeni səlahiyyət verilib

Bakı. Humay Ağacanova - Trend:

“Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsinin yaxşılaşdırılması tədbirləri haqqında” Nazirlər Kabinetinin qərarında dəyişiklik edilib.

Trend xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə yeni səlahiyyət verilib. Belə ki, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar ilk dəfə işə düzələn zaman dövlət büdcəsinin mərkəzləşdirilmiş xərcləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ayrılmış vəsait hesabına nəzərdə tutulmuş normativlər üzrə paltar, ayaqqabı, yumşaq inventar və avadanlıqla, habelə respublika üzrə orta aylıq əmək haqqının beş mislindən az olmayan miqdarda birdəfəlik müavinətlə təmin olunacaq.

Bundan əvvəl bu vəsait Təhsil Nazirliyinə ayrılan vəsait hesabına ödənilirdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti