...

Yayılan videoya görə müəllimə töhmət verildi, şagirdlərdən izahat alınıb

Cəmiyyət Materials 26 Yanvar 2022 14:46 (UTC +04:00)

Bakı. Humay Ağacanova - Trend:

Şagirdlərin sinif otağında tədris prosesinə uyğun olmayan davranışının əks olunduğu videogörüntü ilə bağlı 165 nömrəli tam orta məktəb rəhbərliyi tərəfindən araşdırma aparılıb, dərsin təşkilində yol verdiyi nöqsanlara görə fənn müəlliminə töhmət verilib.

Bu barədə Trend-ə 165 nömrəli tam orta məktəbdən məlumat verilib.

Bildirilib ki, məktəbin direktor müavinləri ilə bağlı tənbeh tədbirləri görülməsi üçün isə təqdimat verilib.

Həmçinin hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən valideyn və şagirdlərin izahatları alınıb. Üzrxahlıq edən şagirdlər bir daha belə hallara yol verməyəcəklərini bildiriblər. Şagirdlər müvafiq qaydada profilaktik tədbirlər görülməsi üçün qeydiyyata götürülüb.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən isə qeyd edilib ki ümumi təhsil müəssisələrində müəllim-şagird münasibətlərinin tənzimlənməsi və uşaqların psixoloji dayanıqlılığının artırılması məqsədilə müvafiq tədbirlər həyata keçirilir. Tədris prosesinə uyğun olmayan hallara qarşı qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlərin görülməsi hər zaman diqqət mərkəzində saxlanılır.

Xatırladaq ki bir müddət öncə sosial şəbəkələrdə orta məktəblərin birində şagirdlərin müəllimə qarşı hörmətsizlik edərək xoşagəlməz hərəkətlərə yol verməsi əks olunan videogörüntü yayılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti