...

Xaçmazda “Gənclik Yeni Zəfərlərə Doğru” adlı tədbir keçirilib (FOTO)

Cəmiyyət Materials 1 Fevral 2022 18:54 (UTC +04:00)
Xaçmazda “Gənclik Yeni Zəfərlərə Doğru” adlı tədbir keçirilib (FOTO)

Bakı. Trend:

Xaçmaz rayonunda 2 Fevral – Azərbaycan Gəncləri Gününün təsis edilməsinin 25 illiyi münasibətilə tədbir keçirilib.

Xaçmaz Rayon İcra Hakimiyyətindən Trend-ə bildirilib ki, iştirakçılar əvvəlcə ümmumilli lider Heydər Əliyevin abidəsini ziyarət edib. Daha sonra Xaçmaz Şəhər Uşaq İncəsənət məktəbinin yetirmələrinin əl işlərindən sərgiyə baxış keçirilib. Məktəblilər 44 günlük Vətən Müharibəsində şəhid olan xaçmazlı oğulların rəsmlərini fırça üzərində canlandırıblar.

Rəsmi hissədə əvvəlcə torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə çıxış edən Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev bildirib ki, Müstəqil Azərbaycan Respublikası Gənclərinin I Forumunun təşkili və 2 Fevral – Azərbaycan Gəncləri Gününün təsis olunması xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün Ulu Öndərin əsasını qoyduğu gənclər siyasəti Respublika Prezidenti, Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilir. İcra başçısı qeyd edib ki, Azərbaycan gənclərinin günümüzün müasir, inkişaf etmiş, yüksək intellektli aparıcı qüvvə kimi formalaşmasında, birmənalı olaraq dövlətimizin apardığı gənclər siyasətinin mühüm rolu var.

Çıxış edən ağsaqqallar, şəhid ailələri və qazilər müxtəlif sahələrdə gənclərin fəaliyyətindən, onlara göstərilən ən yüksək diqqət və qayğıdan danışıblar. 44 günlük Vətən müharibəsində əldə olunan tarixi qələbədə gənclərin müstəsna xidmətləri olduğu vurğulanıb.

Rəsmi hissədə Xaçmaz rayonunun ictimai-siyasi həyatında, təhsil, səhiyyə, mədəniyyət və idman sahələrində fərqlənən bir qrup gənc rayon icra hakimiyyəti tərəfindən Fəxri Fərman, eləcə də qiymətli xatirə hədiyyələri ilə mükafatlandırılıb.

Tədbirin bədii hissəsində yerli incəsənət ustalarının ifasında rəngarəng konsert proqramı təqdim edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti