...

Bir neçə bölgədə sosial xidmət müəssisələri açılacaq

Cəmiyyət Materials 18 Fevral 2022 12:34 (UTC +04:00)

Bakı. Humay Ağacanova - Trend:

Bu il əlilliyi olan şəxslər üçün peşə və əmək reabilitasiya mərkəzinin bir filialı Xaçmazda yaradılacaq.

Trend xəbər verir ki, bunu Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədrinin müavini Pərviz Səfərov deyib.

"Həmçinin bu il Ağcabədidə məişət zorakılığından əziyyət çəkən şəxslər üçün sığınacaq, Füzulidə isə baxımsız sosial təhlükəli şəxslər üçün mərkəz yaradılması nəzərdə tutulur", -deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti