...

İƏT Gənclər Forumu Avrasiya Regional Mərkəzi Xocalı faciəsinin beynəlxalq tanınması üzrə unikal kampaniya keçirir (FOTO)

Cəmiyyət Materials 24 Fevral 2022 15:41 (UTC +04:00)
İƏT Gənclər Forumu Avrasiya Regional Mərkəzi Xocalı faciəsinin beynəlxalq tanınması üzrə unikal kampaniya keçirir (FOTO)

Bakı. Trend:

İƏT Gənclər Forumu Avrasiya Regional Mərkəzi (İƏGF-ARM) Ermənistan Baş nazirini Xocalı faciəsini tanımağa dəvət edən “Khojaly:RecognizeToReconcile” (Xocalını barışıq üçün etiraf et) adlı beynəlxalq təşəbbüsə dəstəyi davam etdirir və hamını bu təşəbbüsə qoşulmağa çağırır.

Təşəbbüsə dəstək vermək üçün birinci addım - sosial şəbəkələrdə (FB, Tvitter) Ermənistan Baş nazirinin @NikolPashinyan və ombudsmanın @atatoyan profilini tapmaq, ikinci addım – son postlarının şərh yerinə iki söz #Khojaly #RecognizeToReconcile yazmaq və ya öz profilinizdə bu həştəqləri yazmaq və Paşinyanla ombudsmanı təq etmək lazımdır.

Bu kampaniyanın əsas hədəfi müxtəlif ölkələrdən olan insanların sosial şəbəkələrdə Ermənistan Baş nazirini köhnə Ermənistan hakimiyyətinin cinayətlərindən olan Xocalı soyqırımını tanımağa çağırmaq və bununla iki ölkə arasında sülhə töhfə verməyə dəvət etməkdir.

Belə ki, 23 fevralda Avstriyanın paytaxtı Vyana şəhərində keçirilən “Sülh və ədalət” beynəlxalq tədbirində Macarıstanın “Soyqırım və Kütləvi Qırğınların Qarşısının Alınması üzrə Budapeşt Beynəlxalq Mərkəzi” sədri Georgi Tatar və Bosniyanın “Srebrennisa Memorial Mərkəzi”nin direktor müavini Amra Beqiç – Ermənistanın Xocalı soyqırımında əli olmayan indiki hökumətinin Xocalı soyqırımını tanımasını Ermənistanla Azərbaycan arasında sülh üçün ən böyük töhfələrdən biri ola biləcəyini qeyd edib, tədbir iştirakçıları olan beynəlxalq beyin mərkəzi nümayəndələri və ekspertlər bu təşəbbüsü dəstəkləyiblər.

Bu kampaniyanın beynəlxalq vüsət alması və daha çox insana çatması məqsədilə İƏGF-ARM elə həmin gün #Khojaly#RecognizeToReconcile” təşəbbüsünə beynəlxalq ictimai dəstəyə başlayıb.

Artıq yüzlərlə insan bu kampaniyaya qoşularaq Ermənistan rəhbərliyini Xocalı faciəsini tanımağa çağırıb. İƏGF-ARM, hətta Ermənistan bu faciəni tanımasa belə, təşəbbüsün əsil cinayətkar və təcavüzkarın kimlər olduğunu bir daha beynəlxalq ictimaiyyətə çatdırmağa xidmət edəcəyini, bu aksiyanın Xocalı faciəsinin 30 illiyi ilə bağlı “Xocalıya Ədalət!” beynəlxalq informasiya kampaniyası daxilində növbəti addım olduğunu bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti