...

Metro qatarında qapı bloklayıcısının siqnalı işə düşüb, gecikmə olub

Cəmiyyət Materials 16 Mart 2022 19:41 (UTC +04:00)
Metro qatarında qapı bloklayıcısının siqnalı işə düşüb, gecikmə olub
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Yaşıl xətt üzrə "28 May-Nizami" mənzili boyunca hərəkət edən qatarın maşinist kabinasında qapıların avtomatik bloklayıcı siqnalı işə düşüb. Bu səbəbdən maşinist qatarı saxlayaraq idarəetmə panelinə siqnalın daxil olduğu 3-cü vaqonun müvafiq qapısına baxış keçirib. Hər hansısa problem olmadığını müəyyən etdikdən sonra yenidən yoluna davam edib.

Trend "Bakı Metropoliteni"nə istinadən xəbər verir ki, bunun nəticəsində iki qatar arası intervalda 6 dəqiqəyə yaxın fərq yaranıb və yubanma olub. Fərq yalnız iki qatar arasında yarandığından qısa müddət ərzində interval fərqi aradan qaldırılacaq.

İlkin ehtimala görə, vaqonun qapısına sərnişinin müdaxilə etməyə cəhd göstərməsi səbəbindən idarəetmə panelində qapı bloklayıcısının siqnalı işə düşüb. Bununla bağlı müvafiq qaydada texniki araşdırma aparılmasına başlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti