...

Cərrah Namiq Novruzov XXII Beynəlxalq Cərrahiyyə konqresində iştirak edib

Cəmiyyət Materials 26 Mart 2022 09:19 (UTC +04:00)
Cərrah Namiq Novruzov XXII  Beynəlxalq Cərrahiyyə konqresində iştirak edib

Bakı. Trend:

Mərkəzi Gömrük Hospitalının Ümumi Cərrahiyyə şöbəsinin rəisi, t.f.d., ümumi cərrah Namiq Novruzov 23-27 mart 2022-ci il tarixlərində Türkiyənin Antalya şəhərində keçirilən XXII Beynəlxalq Cərrahiyyə Konqresində iştirak edib. Beynəlxalq konqresdə dünyanın 30-a yaxın ölkəsindən 2 500-dən çox cərrah iştirak edib.

Mötəbər elmi tədbirdə Mərkəzi Gömrük Hospitalının Ümumi Cərrahiyyə şöbəsinin rəisi, t.f.d., ümumi cərrah Namiq Novruzov “Qaraciyər transplantasiyasından sonra erkən greft disfunksiyası proqnozlaşdırılmasında Histonların rolü” mövzusunda çıxış edib. Dr. Namiq Novruzovun təqdimatı böyük maraqla qarşılanmış, məruzəçi maraq doğuran bir çox sualları cavablandırıb.

Həmçinin, Beynəlxalq konqresdə cərrahiyyədə yeniliklər, qaraciyər və öd yollarının cərrahiyyəsi sahəsində əldə edilən uğurlar barədə danışılıb, cərrahiyyəyə dair videolar nümayiş etdirilib, müalicə prinsipləri və cərrahiyyə sahəsində aparılan işlər ətrafında geniş müzakirələr yer alıb. Tədbirin sonunda iştirakçılara sertifikatlar təqdim edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti