...

Son yağıntılar sürüşmə zonalarında prosesi aktivləşdirə bilər - Xidmət rəisi (FOTO)

Cəmiyyət Materials 31 Mart 2022 11:40 (UTC +04:00)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Dünən Lerik rayonun Lərmərüd kəndində baş verən torpaq sürüşməsi ilə bağlı əraziyə mütəxəssislər cəl olunub.

Hadisə il bağlı Trend-ə açıqlama verən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin rəisi Əli Əliyev bildirib ki, baş verən torpaq sürüşməsinin digər evlər üçün nə dərəcədə təhlükəli olub-olmadığı öyrənilir.

Qeyd edək ki, hadisə nəticəsində kənd sakininə məxsus ev, içərisində mal-qara olan tövlə torpaq altında qalıb.

"Mütəxəssislərimiz həmin əraziyə cəlb olunub və real geoloji şəraiti qiymətləndirdikdən sonra bilinəcək ki, proseslərin inkişaf istiqaməti necə olacaq.

Onun sözlərinə görə, ölkə ərazisində torpaq sürüşməsinə meyilli sahələr çoxdur. Aktiv sürüşmə zonaları əsasən Şamaxı-İsmayıllı, Abşeron yarımadası, cənub rayonarı, şimal bölgəsində Quba, Xaçmaz, Siyəzən bölgələridir.

"Ümumiyyətlə Azərbaycanda 99 iri və lokal sürüşmə sahəsi mövcuddur.

Sürüşmələrin artmasının əsas səbəbləri normadan artıq atmosfer çöküntülərinin düşməsi və mövsümi xarakterli proseslərin təsiridir. Qarın intensiv əriməsi sürüşməyə meyilli ərazilərdə bu prosesləri sürətləndirir. Bu səbəbdən də cənub bölgəsində lokal sürüşmə baş verib. Abşeron yarımadasında isə intensiv yağıntı olsa da, hələlik proseslər qaydasındadır. Yalnız Nübar yaşayış massivində səthi çatların ölçülərində dəyişikliklər nəzərə çarpır. Lokal sürüşmələr əsasən yaz və payız mövsümlərində olur. Bu da geoloji şəraitdən asılı olaraq təbii prsosesdir. Böyük sürüşmələrə isə mövsümi, geoloji şərait və insan faktoru səbəb olur.

Sürüşmələrin qarşısının alınması üçün müvafiq tədbirlər görülür. Xüsusilə Badamdar, Bayıl, Zığ, Qaraçuxurda müvafiq işlər görülür. Mövsümdən aslı olaraq sürüşmələrin dinamikasında artım ola bilər",- deyə xidmət rəisi bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti