...

ADPU-nun tələbə təşkilatları Bakı Türk şəhidliyi abidəsini ziyarət edib (FOTO)

Cəmiyyət Materials 31 Mart 2022 14:26 (UTC +04:00)
ADPU-nun tələbə təşkilatları Bakı Türk şəhidliyi abidəsini ziyarət edib (FOTO)

Bakı. Trend:

Martın 31-də Azərbaycan Dövlət Pedaqoji Universiteti Tələbə Gənclər Təşkilatının (ADPU TGT) təşkilatçılığı, ADPU Könüllüləri Tələbə Birliyi və ADPU Türk Öyrənci Yönetim Konseyinin iştirakı ilə 31 mart soyqırımının 104-cü ildönümünə həsr olunmuş yürüş keçirilib. Yürüş çərçivəsində tələbə təşkilatlarının nümayəndələri Bakı Türk şəhidliyini və Şəhidlər Xiyabanını ziyarət ediblər.

1918-ci ilin mart soyqırımlarını öz amansızlığına və miqyasına görə təkcə Azərbaycan tarixində deyil, bəşər tarixində də ən qanlı faciələrdən biri kimi dəyərləndirən ADPU TGT-nin sədri İsmayıl Nəsirov deyib: “Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini ortaya qoymaq imkanı yarandı. Ulu öndər Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanı ilə soyqırımı aktlarına siyasi-hüquqi qiymət verilməsi bu sahədə aparılan tədqiqatlara, həqiqətin üzə çıxarılması istiqamətində səylərin artırılmasına təkan verdi. Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırımı faciələrini qeyd etmək məqsədilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edildi.”

Məqalədə:
Xəbər lenti

Xəbər lenti