...

Koronavirusla mübarizədə iştirak edən tibb işçilərinin əməkhaqlarına əlavənin müddəti uzadılıb

Cəmiyyət Materials 2 Aprel 2022 14:52 (UTC +04:00)
Koronavirusla mübarizədə iştirak edən tibb işçilərinin əməkhaqlarına əlavənin müddəti uzadılıb

Bakı. Trend:

“Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına verilən müddətli əlavənin müddəti uzadılıb.

Trend-in məlumatına görə, bununla bağlı “Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 25 mart tarixli 112 nömrəli Qərarında dəyişiklik edilib.

Baş nazir Əli Əsədovun imzaladığı dəyişikliyə əsasən tibb işçilərinə əlavələrin müdəti martın 1-dən mayın 1-dək uzadılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti