...

Təhsil nazirliyi "Şuşa ili" ilə bağlı fəaliyyət planı hazırlayıb - Mehriban Vəliyeva

Cəmiyyət Materials 8 Aprel 2022 15:48 (UTC +04:00)
"Şuşa ili" ilə bağlı
Təhsil nazirliyi "Şuşa ili" ilə bağlı fəaliyyət planı hazırlayıb - Mehriban Vəliyeva
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Təhsil nazirliyi "Şuşa ili" ilə bağlı müvafiq əmr və fəaliyyət planı hazırlayıb.

Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva deyib.

O qeyd edib ki, bu il Azərbaycanın Prezidenti İlham Əliyevin sərəncamı ilə "Şuşa ili" elan olunub. Azərbaycanın mədəniyyət beşiyi olan Şuşanın təbliği baxımından bunun çox böyük əhəmiyyəti var.

"Təhsil nazirliyi bu istiqamətdə müvafiq əmr və fəaliyyət planı hazırlayıb. Eyni zamanda Bakı Şəhər üzrə Təhsil İdarəsində də icra üçün müvafiq əmr və faəliyyət istiqamətləri üzrə bir işçi fəaliyyət planı hazırlanıb. Artıq məkətblərdə "Şuşa ili" ilə bağlı müxtəlif tədbirlər keçirilir. Bakı Şəhər üzrə Təhsil İdarəsin də müvafiq istiqamətlər müxtəlif səpkidə müsabiqələr yarışlar keçirilməsini nəzərdə tutur", - deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti