...

Bu il ƏƏSMN-in portalına 4,4 milyondan çox müraciət olub

Cəmiyyət Materials 14 Aprel 2022 10:12 (UTC +04:00)
Bu il ƏƏSMN-in portalına 4,4 milyondan çox müraciət olub
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin e-sosial.az portalına bu ilin əvvəlindən daha 4 milyon 445 mindən çox müraciət qeydə alınıb.

Bu barədə Trend-ə Nazirlikdən xəbər verilib.

2019-cu ildən istifadəyə verilən portal ölkənin sosial reyestri olmaqla, vətəndaşlara onlar barədə toplanmış bütün sosial məlumatlara (əmək müqaviləsi, fərdi uçot, pensiya kapitalı, sosial təminat və s. üzrə) çıxış imkanı yaradır.

Vətəndaş onun barəsində portalda toplanmış məlumatları mütəmadi izləyə bilməklə yaranan sosial-əmək hüquqlarının təminatına ictimai nəzarəti həyata keçirmək imkanına malikdir.

“Android” və “İOS” əməliyyat sistemlərində də fəaliyyət göstərən portalda qeydiyyatdan keçən aktiv istifadəçilərin sayı da artmaqda davam edərək 1 milyon 155 min 283-ə çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti