Bakı. Trend:
İslam dünyasının ən müqəddəs ayı olan Ramazan ayı münasibətilə Xəzər rayonunda iftar süfrəsi təşkil olunub.
26 aprel 2022-ci il tarixində Xəzər Rayon İcra Hakimiyyəti tərəfindən təşkil olunan tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, Millət vəkilləri Rauf Əliyev və Soltan Məmmədov, YAP Xəzər Rayon Təşkilatının sədri Namiq Əhmədov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, Rayon Ağsaqqallar Şurasının sədri Rövşən Salahov, şəhid ailələri, qazilər, rayonda fəaliyyət göstərən dini icmaların nümayəndələri və aztəminatlı ailələr iştirak etmişdirlər.
İftar süfrəsində din xadimləri tərəfindən “Qurani-Kərim”dən ayələr oxunulmuş, Ramazan ayının fəzilətlərindən bəhs olunmuş və şəhidlərimizin əziz xatirələri böyük ehtiramla yad edilmişdir.