...

Bayram günlərində milli parkları 4553 turist ziyarət edib (FOTO)

Cəmiyyət Materials 4 May 2022 10:50 (UTC +04:00)
Bayram günlərində milli parkları 4553 turist ziyarət edib (FOTO)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Ramazan tətili günlərində Azərbaycanın milli parklarına 4553 turist səfər edib.

Bunu Trend-ə Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva bildirib.

A.Babayevanın sözlərinə görə, bayram tətili günlərində ölkə ərazisində hava şəraiti o qədər əlverişli olmasa da, turistlər həvəslə milli parkları ziyarət edərək təbiətlə təmasda olmağa üstünlük veriblər.

“Milli parklarımız əvəzolunmaz təbiət inciləridir və turistlər bu gözəllikləri ziyarət edərək həm füsunkar mənzərələrdən zövq alır, həm də vəhşi təbiətlə birbaşa təmas qurmuş olur”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti