...

V4ATB startapları proqramın Budapeşt bölümünə müraciət etməyə çağırır və ictimaiyyəti Praqada onlayn Demo Gününə dəvət edir

Cəmiyyət Materials 19 May 2022 13:22 (UTC +04:00)
V4ATB startapları proqramın Budapeşt bölümünə müraciət etməyə çağırır və ictimaiyyəti Praqada onlayn Demo Gününə dəvət edir

Bakı. Trend:

Azərbaycandan olan startaplar üçün Avropanın əsas proqramı - V4-Azerbaijan Tech Bridge (#V4ATB) irəliləyir. 10 ən yaxşı Azərbaycan startapı 2023-cü ildə Baku Grande Finale mərhələsində iştirak etmək üçün, Aİ-nın VC insayderləri qarşısında çıxış etmək üçün mübarizə aparırlar, Növbəti Vışeqrad regional texnopolisi - Budapeşt - yeni azərbaycanlı startap rəqibləri üçün müraciətlər üçün son çağırışını edir.

Çərşənbə günü, mayın 25-də, Praqa onlayn Bootcamp-ı bitirən Azərbaycanlı 10 ən yaxşı startap, Xəzərin ən yaxşı innovatorlarını işıqlandırmaq məqsədi daşıyan bu pan-Avropa proqramının ikinci Demo günündə öz biznes konsepsiyalarını və Azərbaycan ekosistem potensialını təqdim edəcəklər. Proqram Azərbaycan, Polşa, Slovakiya, Çexiya və Macarıstanın startap ekosistemləri arasında daha güclü əlaqələri formalaşdırır. 25 May – Praqadakı Demo Günü – əslində təkcə seçilmiş startaplar üçün deyil, Azərbaycan və Aİ-dən olan yüksək texnologiyalı bizneslərin bütün insayderləri üçün əla şəbəkələşmə imkanıdır. Hər kəs qeydiyyatdan keçdikdən sonra DemoDay-da iştirak edə bilər - buradan.

“Biz inanırıq ki, Azərbaycanın dinamik inkişaf edən startap ekosisteminin potensialı və istedadlı azərbaycanlı innovatorlar ilə Çexiyada, eləcə də bütövlükdə Aİ-da uğurlu startapın necə qurulacağına dair köklü bilgiləndirmə ilə birləşməsi ölkələrimiz üçün təkan ola bilər, sürətlə qloballaşan iqtisadiyyatda” – Startup Hub Poland-ın baş direktoru Maciej Sadowski bildirib.

Biofactants, New source of energy, CakCuk, DesTech, Keen Mask, Fushka, Hirelamp, İZZİ, Studylet , Voicedocs - bu 10 layihə Çexiyada innovativ biznesin aparılmasına dair məsləhətlər və fəndlər üzrə, Praqada ətraflı təlim almışdılar. Beynəlxalq ekspertlər - Venture Capital-ın toplanması, texnoloji unikallığın əhəmiyyəti və ya satış təlimi kimi mövzular, təlim proqramımız çərçivəsində yaxşılaşdırmaq istədiyimiz mövzuların bir neçə nümunəsidir” – Startup Hub Poland-ın İcma Meneceri Sofia Drobychevskaya bildirdi. “Startaplar Budapeşt fəslində 10 yeni görkəmli liderləri gözləyir” – Drobychevskaya əlavə edib.

Növbəti bölüm: Budapeşt

Macarıstan startapların sürətləndirilməsi baxımından regionun ən inkişaf etmiş ölkələrindən biridir. "Biz CEU iLab-da Azərbaycan innovatorları üçün Macarıstanın yüksək texnoloji və investisiya ekosisteminin qapılarını açmağa şadıq. Startapları sürətləndirən geniş təcrübəmiz, mentorlarımızın təcrübəsi, təsisçi icmamızın və investor əlaqələrimizin gücü və korporativ əlaqələr CEU iLab-ı Azərbaycandan Macarıstana və Avstriyaya ordanda Aİ-nın qalan hissəsinə biznesin genişləndirilməsinə başlamaq üçün mükəmməl yerə çevirir" - Mərkəzi Avropa Universitetinin InnovationsLab direktoru Andrea Kozma deyib.

“2000-ci ildə Vışeqrad əməkdaşlığının simvolik təsisatı kimi insanlar arasında münasibətləri inkişaf etdirən Beynəlxalq Vışeqrad Fondu vətəndaş cəmiyyəti nümayəndələrinə Mərkəzi Avropa, Şərq Tərəfdaşlığı regionu və Qərbi Balkanlarda 6000-dən çox ümumi layihə həyata keçirməyə imkan yaratmışdır, tələbələrimiz, alimlərimiz, novatorlarımız, rəssamlarımız, eləcə də yerli hakimiyyət orqanları arasında çevikliyi və əməkdaşlığı gücləndirməyə dair. Regionda gənc sahibkarlar və ekspertlər arasında innovasiyaların və əlaqələrin təkmilləşdirilməsi Macarıstanın hazırkı Sədrliyinin proqramına da daxil edilmiş ənənəvi V4 Qrupu üçün prioritetdir. Biz V4-Azerbaijan Tech Bridge-in (#V4ATB) bütün iştirakçılarını ürəkdən salamlayırıq” – Macarıstanın Azərbaycandakı Səfiri Viktor Szederkenyi bildirdi.

"Startaplar iqtisadiyyatlarımızın gələcəyinin əsasını təşkil edir. IdealHub müxtəlif sosial mənşəli bir çox insan üçün həyatı dəyişdirəcək və imkanlar yaradacaq bir vizyona malikdir. Bu, uzunmüddətli bir oyundur, lakin bizdə lazım olan hər şey var: bir necə çox perspektivli startaplar, yaxşı komanda, çox etibarlı dostlar və bizim fikirlərimizi və istəklərimizi bölüşən tərəfdaşlar. Hələlik startapları uzun bir yol gözləyir.Lakin çox yaxında, 2023-cü ildə Baku Grand Finale sammitində qalibləri təbrik etməkdən məmnunluq və şərəf duyacağıq” – İdealHub İnnovasiya və Texnologiya Mərkəzinin təsisçisi və yaradıcısı Tural Kərimli vurğulayıb.

"Biz bu qapıları mayın 23-nə qədər açıq saxlayırıq, ona görə də kimsə bu fürsəti bilməli və bizə müraciət etməli olan iddialı startap təsisçisini tanıyırsa, bütün məlumat startuphub.pl/V4-azerbaijan/ saytında mövcuddur" - Drobychevskaya yekunlaşdırıb.

Proqram haqqında: startuphub.pl/V4-azerbaijan/

Vacib linklər:

Startaplar üçün Budapeşt çağırışı üçün qeydiyyat forması (Son tarix 23 May) bu linklə.

Praqada Demo Gününə (25 may Praqa vaxtı ilə saat 12.00, Bakı vaxtı ilə saat 14.00) Azərbaycandan olan venture capital-lar və korporasiyalı qonaqlar üçün qeydiyyat forması bu linklə.

İcma tərəfdaşları kimi proqrama qoşulmaq istəyən QHT-lər, vençur kapitalı fondları, startap sürətləndiriciləri, inkubatorlar və universitetlər bu link altında #V4ATB təşkilatçısı olan Startup Hub Poland ilə əlaqə saxlaya bilərlər link.

Layihə Çexiya, Macarıstan, Polşa və Slovakiya hökumətləri tərəfindən Beynəlxalq Vışeqrad Fondunun Vışeqrad Qrantları vasitəsilə birgə maliyyələşdirilir. Fondun missiyası Mərkəzi Avropada davamlı regional əməkdaşlıq üçün ideyaları irəli sürməkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti