...

Ultrasəs pilinq dərinizi qaralmağa hazırlayacaq

Cəmiyyət Materials 23 May 2022 16:22 (UTC +04:00)

Bakı. Trend:

Necə gözəl qaralmaq olar - yayın ən aktual suallarından biridir. Yazda, soyuq mövsüm bitdikdən sonra dərini qorumaq və aktiv insolyasiyaya hazırlamaq xüsusilə vacibdir. Qaralmanın bərabər, gözəl olmasını və həmçinin dərinizə zərər verməməsini istəyirsinizsə, bu məsələdə düzgün yanaşma çox vacibdir. Bu zaman dərini təravətləndirəcək və ölü hüceyrələri aradan qaldıracaq ultrasəs pilinq köməyinizə gələcək.

Ultrasəs pilinq ASTHETIK LAB aparat kosmetoloji klinikasında ən tanınmış xidmətlərdən biridir. Prosedura tələbat dərinin növündən və baxımsızlıq dərəcəsindən asılı olmayaraq tez və zəmanətli nəticə ilə izah olunur. Bundan əlavə, bu pilinq narahatlığa səbəb olmur və reabilitasiya tələb etmir.

Üzün ultrasəslə təmizlənməsi xüsusi aparat - skrabber vasitəsilə həyata keçirilir. Prosedurdan əvvəl dəri makiyajdan və digər çirklərdən hərtərəfli təmizlənir. Səs dalğalarının epidermisə dərindən nüfuz etməsini təmin edən üzə xüsusi gel tətbiq olunur. Gellər yumşaldıcı, nəmləndirici, ağardıcı, zərif və buxarlandırıcı olur. Kosmetoloq dərini skrubber ilə yavaş və yumşaq bir şəkildə işləyir. Bundan sonra üzə sakitləşdirici maska və qidalandırıcı krem çəkilir.

Təmizləmə ilə yanaşı, ultrasəs epidermisin daxili təbəqəsində gənc kollagenin istehsalını stimullaşdıraraq masaj effekti yaradır. Bunun sayəsində prosedurdan sonra dəri nəinki ölü hüceyrələrdən və yağlanmadan yaxşı təmizlənir, həm də dartılır və daha elastik olur. Kiçik qırışlar hamarlanır. Sızanaq və çapıq izləri daha az görünür.

Pilinqdən sonra tətbiq olunan üz maskaları dərinin dərinliyinə nüfuz edir və dəfələrlə daha efektli təsir edir.

ÄSTHETIK LAB klinikası almaniyanın müasir avadanlığı ilə təchiz olunmuş üç korpusdan, 100 -dən çox prosedur otağından ibarətdir. Klinikanın əsas istiqamətləri aparat kosmetologiyası və trixologiyadır. Klinikada 100-dən çox mütəxəssis çalışır

Ünvan: Аzadlıq prospekti 124.

Prosedurlara qeyd edilmiş əlaqə nömrələri ilə qeydiyyatdan keçə bilərsiniz: +994125555534, +994504000303

Xəbər lenti

Xəbər lenti