...

Qəbul imtahanından xaric edilənlər ikinci imtahana niyə buraxılmır?

Cəmiyyət Materials 24 May 2022 15:01
Qəbul imtahanından xaric edilənlər ikinci imtahana niyə buraxılmır?

Trend-i buradan izləyin

Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı Trend:

22 may 2022-ci il tarixində Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən II və III ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanında 6 nəfərdə mobil telefon 1 nəfərdə isə “ağıllı” saat aşkarlandığı üçün imtahandan xaric olunub. Sözügedən 6 nəfərin növbəti imtahanda iştirakı da məhdudlaşdırılacağı bildirilib.

Abituriyentin yaddaş kitabçasında qeyd edilir ki, göstәrilәn hәrәkәtlәrә yol verilmәsi halları aşkar edildikdә o, imtahandan xaric olunur vә onun imtahan nәticәlәri DİM tәrәfindәn lәğv olunur. Növbəti imtahanda iştiraka məhdudiyyətlə bağlı hər hansı bir qeyd göstərilməyib. Sözügedən 6 nəfərin növbəti imtahanda iştirakı da məhdudlaşdırılması hansı qaydalara əsasən aparılacaq?

Dövlət İmtahan Mərkəzindən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, imtahanın gedişatını pozan hərəkətlərə yol verdiyi aşkar edilən abituriyentin həm müsabiqə, həm imtahan nəticələri ləğv edildiyindən, həmin abituriyentlərin imtahanın ikinci cəhdinə buraxılması heç bir hüquqi əhəmiyyət kəsb etmir. Belə ki, onların müsabiqə nəticələri, yəni müsabiqədə iştirakı ləğv edilir.

Məsələ ilə bağlı təhsil eksperti Kamran Əsədov Trend-in suallarını cavablayarkən qeyd edib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 8 fevral tarixli 39 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu qaydaları və DİM tərəfindən hər bir abituriyentə verilən yaddaş kitabçasında bildirilir ki, imtahan iştirakçısı kənar köməkçi vasitələri imtahana gətirməməlidir və imtahanın gedişini pozan hərəkətlətə yol verməməlidir. Bunlar baş verərsə, o imtahan iştirakçısının nəticəsi ləğv olunur.

"Qəbul qaydalarında qeyd olunur ki, (6.5.) Abituriyentin bu Qaydaların 6.4-cü bəndində göstərilən hərəkətlərə yol verməsi halları Mərkəz tərəfindən aşkar edildikdə, onun müsabiqə (imtahan) nəticələri ləğv edilir. Yəni həmin imtahan nəticəsi. Daha növbəti imtahana buraxılmağa məhdudiyyət yoxdur. Onlar 16-17 yaşlı uşaqlardır. Bəli, səhv ediblər. Amma bu o demək deyil ki, onların təhsil alma hüquqları tam şəkildə məhdudlaşdırılmalıdır. Ona görə də DİM-in ötən gün açıqladığı qayda pozan abituriyentlərin ikinci dəfə imtahanda iştirakına məhdudiyyət qoyulacaq ifadəsi yanlışdır", - deyə ekspert əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti