...

Azərbaycanda istifadəyə yararlı və yararsız çimərliklər məlum olub

Cəmiyyət Materials 8 İyun 2022 15:26 (UTC +04:00)
Azərbaycanda istifadəyə yararlı və yararsız çimərliklər məlum olub

Bakı. Trend:

Abşeron yarımadasında və sahilyanı ərazidə yerləşən çimərliklərin monitorinqi aparılıb.

Trend xəbər verir ki, bunu Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov "Çimərlikdə dəniz suyunun monitorinqi" mövzusunda danışarkən deyib.

O bildirib ki, monitorinqlər Bakı şəhərində yerləşən 7 rayonu əhatə edib: "Eyni zamanda respublikanın cənub və şimal zonalarında və Sumqayıtda da monitorinqlər həyata keçirilib. Əsasən çimərlik ərazisində dəniz suyunun 3 nöqtəsindən - mərkəzi, sağ və sol - nümunə götürülüb. Bağırsaq çöplərinin miqdarı müəyyən olunur. Bu standartdan yuxarı olursa, insanlarda xəstələnmə hallarına səbəb ola bilər. Çirklənməyə əsas səbəb məişət-çirkab suları heç bir təmizləmə aparılmadan dənizə buraxılmasıdır".

Şöbə müdiri deyib ki, iyunun 10-15-də monitorinqlərin nəticələri barədə geniş məlumat veriləcək.

Ziyəddin Kazımov qeyd edib ki, aparılan monitorinqlərin nəticəsinə görə, Xəzər və Binəqədi rayonu ərazisindəki çimərliklərdən vətəndaşların istifadə etməsi məqsədəuyğundur.

O vurğulayıb ki, Qaradağda Sahil, Səbaildə Şıx, Hövsan və Türkan çimərliklərindən vətəndaşların istifadə etməsi məqsədəuyğun sayılmır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti