...

Ölkədə işlə təmin olunma ilə bağlı kvota 66 mindən çoxdur - Agentlik

Cəmiyyət Materials 9 İyun 2022 15:21 (UTC +04:00)
Ölkədə işlə təmin olunma ilə bağlı kvota 66 mindən çoxdur - Agentlik

Bakı. Trend:

Hazırda Azərbaycanda işlə təmin olunma ilə bağlı kvota 66 mindən çoxdur.

Trend-in məlumatına görə, bunu Dövlət Məşğulluq Agentliyinin sədri Mustafa Abbasbəyli Vətən müharibəsi qazilərinin məşqulluğunun təmin edilməsi, onlara göstərilən sosial dəstəklə bağlı keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, bu kvota daha çox əlilləri əhatə edir və onların arasında müharibə əlilləri üstünlük təşkil edir.

Agentlik sədri qeyd edib ki, kvotanın genişləndirmə işləri davam etdirilir və bu rəqəmin 80 minə qədər artırılması nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti