...

1000-dən artıq şəhid ailəsi üzvü və qazi işlə təmin olunub - Mustafa Abbasbəyli

Cəmiyyət Materials 9 İyun 2022 15:25 (UTC +04:00)
1000-dən artıq şəhid ailəsi üzvü və qazi işlə təmin olunub - Mustafa Abbasbəyli
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Bu günə qədər 1000-dən artıq şəhid ailəsi üzvü və Vətən müharibəsi qazisi işlə təmin olunub.

Trend-in məlumatına görə, bunu Dövlət Məşğulluq Agentliyinin sədri Mustafa Abbasbəyli Vətən müharibəsi qazilərinin məşğulluğunun təmin edilməsi, onlara göstərilən sosial dəstəklə bağlı keçirilən mətbuat konfransında deyib.

O qeyd edib ki, 805 nəfər ictimai işlərə cəlb olunub.

"4000-ə yaxın şəxs müxtəlif səbəblərdən onlara təklif olunan işlərdən imtina edib. 1500-dən artıq şəxs müasir peşələr üzrə prosesə cəlb olunub. İlin sonuna qədər bu rəqəmi 4000, gələn il üçün 7000-ə, sonrakı il üçün 10 000-ə çatdırmağı hədəfləyirik. Son üç ildə 1 026 peşə kvalifikasiya standartları hazırlanıb. İlin sonuna 1500-ə yaxın standartın yekunlaşdırılması nəzərdə tutulub", - deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti