...

Özəl tibb müəssisələrinin birliyinin təsis edilməsinə ehtiyac var - Teymur Musayev

Cəmiyyət Materials 1 İyul 2022 10:46 (UTC +04:00)
Özəl tibb müəssisələrinin birliyinin təsis edilməsinə ehtiyac var - Teymur Musayev

Bakı. Trend:

Aparılan araşdırmalar zamanı özəl tibb müəssisələrinin birliyinin təsis edilməsinə ehtiyac olduğunu müəyyənləşdirdik.

Trend-in məlumatına görə, bunu səhiyyə naziri Teymur Musayev “Tibb biznesində perspektiv imkanlar” mövzusunda keçirilən ictimai müzakirələrdə çıxışı zamanı deyib.

Nazir bildirib ki, Səhiyyə Nazirliyinə müxtəlif özəl qurumlardan, qeyri-hökumət təşkilatlarından, vətəndaş cəmiyyəti institutunun nümayəndələrindən mütəmadi müraciət və təkliflər daxil olur.

"Həmin müraciətlər təhlil olunur və lazımi addımlar atılır. Aparılan araşdırmalar zamanı özəl tibb müəssisələrinin birliyinin təsis edilməsinə ehtiyac olduğunu müəyyənləşdirdik. Səhiyyə Nazirliyi olaraq belə bir birliyin yaradılmasını vacib hesab edirik. Burada iştirak edən və etməyən hər bir özəl tibb subyektini bu kimi platformalarda aktiv iştiraka dəvət edirəm. Düşündüyümüz odur ki, belə bir birlik ölkə ərazisində özəl tibb müəssisələrinin qarşılıqlı əlaqəsinin inkişafına, əhalinin sağlamlığın qorunması sahəsində göstərilən tibbi xidmətlərin keyfiyyətinin artırılmasına, dövlət-özəl dialoqunun təşviqinə töhfə vermiş olardı", - deyə nazir əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti