...

Güzəştli mənzil seçiminə müdaxilə edən bir nəfər barəsində beynəlxalq axtarış elan olunub

Cəmiyyət Materials 8 İyul 2022 16:37 (UTC +04:00)
Güzəştli mənzil seçiminə müdaxilə edən bir nəfər barəsində beynəlxalq axtarış elan olunub
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

442 güzəştli mənzilin seçimi zamanı kənardan müxtəlif şəxslər tərəfindən xüsusi informasiya texnologiyalarından istifadə etməklə mənzil seçiminə müdaxilə edildiyi müəyyən edilib.

Trend-in məlumatına görə, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşı Günel Hüseynova bu gün keçirilən brifinqdə deyib.

O qeyd edib ki, bununla bağlı cinayət işi başlanılıb.

“Araşdırma zamanı mənzillərin güzəştli şərtlərlə satılarkən seçim prosesinə müdaxilə halı müəyyən edilib.

Qeyd olunan şəxslər ifşa olunub və təqsirləndirilən şəxslər qismində cinayət məsuliyyətinə cəlb olunublar, bir nəfər barəsində beynəlxalq axtarış elan olunub. Cinayət işləri məhkəməyə təqdim ediləcək və hansı cəzanın verilməsini məhkəmə müəyyən edəcək.”, - deyə o bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti