...

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib (FOTO)

Cəmiyyət Materials 11 İyul 2022 12:33 (UTC +04:00)
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib (FOTO)

Bakı. Trend:

Vahid əlaqələndirmə mərkəzlərinin fəaliyyətə başlamasından artıq 1 il keçir və ötən dövrdə bu mərkəzlərdə 41 min şəxsə xidmət göstərilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Trend-ə verilən məlumata görə, Prezident İlham Əliyevin Fərmanı ilə yaradılan vahid əlaqələndirmə mərkəzləri şəhid ailələri, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçular və əlilliyi müəyyən edilmiş şəxslərə əmək, məşğulluq, sosial müdafiə, tibbi-sosial ekspertiza və reabilitasiya, müalicə, müayinə və s. üzrə xidmətlər təqdim edilir.

Onlara 40-dək qurum üzrə 26 istiqamətdə xidmətlər “bir pəncərə”dən, operativ və şəffaf, vətəndaş məmnunluğu prinsipi əsasında göstərilir.

Həmin qurumların sırasına Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Müdafiə Nazirliyi, Səhiyyə Nazirliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və müvafiq yerli icra hakimiyyətləri orqanları daxildir.

2021-ci ilin avqust ayından Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Agentliyinin DOST mərkəzlərində və Dövlət Sosial Müdafiə Fondunun bölgələrdəki (Gəncə, Masallı, Ucar, Şəmkir, Qusar, Salyan) filiallarında 11 vahid əlaqələndirmə mərkəzləri açılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti