...

Azərbaycanda son sutkada 434 nəfər COVID-19-a yoluxub, 1 nəfər vəfat edib

Cəmiyyət Materials 31 İyul 2022 16:49 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 434 yeni yoluxma faktı qeydə alınıb, 324 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən xəbərə görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 798 838 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 786 682 nəfər müalicə olunaraq sağalıb, 9 748 nəfər vəfat edib, aktiv xəstə sayı 2 408 nəfərdir.

Ölkədə son sutka ərzində 3 129, hazırkı dövrədək isə 7 045 427 test aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti