Ağdam. Trend:
Qarabağ xanlığının qurucusu Pənahəli xanın nəslinin nümayəndəsi Məhəmmədəli Əkbərov Ağdamda olub.
Trend-in Qarabağ bürosunun məlumatına görə, Şuşada keçirilən Diaspor Gənclərinin III Yay Düşərgəsində iştirak etmək üçün Azərbaycana gələn 21 yaşlı gənc Şuşa səfərindən sonra bu gün Ağdamda Pənahəli xanın sarayının yerləşdiyi İmarət kompleksini və əjdadlarının məzarını ziyarət edib.
Daha sonra o, Şah Bulaq qalasında olub.
Qeyd edək ki, Məhəmmədəli Əkbərov İspaniyada doğulub böyüyüb.