...

Xaçmazda şəhid Rəhim İmamovun əziz xatirəsi yad edilib (FOTO)

Cəmiyyət Materials 9 Avqust 2022 17:03 (UTC +04:00)
Xaçmazda  şəhid Rəhim İmamovun əziz xatirəsi  yad edilib (FOTO)

Bakı. Trend:

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, şəhid ailələri, Vətən müharibəsi qaziləri və ictimayyət nümayəndələri əvvəlcə Xaspoladoba kənd qəbiristanlığında şəhidin məzarını ziyarət edib, ruhuna dualar oxuyublar.

Şəhidin ailə üzvləri ilə görüşən Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev Azərbaycan Ordusunun 44 gün ərzində yağı düşmən üzərində qazandığı Zəfərdən söhbət açıb. Bildirib ki, bu Qələbə Azərbaycan tarixinə yazılan şanlı bir səhifə olaraq xatırlanacaq və haqq döyüşünə qoşularaq canlarını fəda edən şəhidlərimiz daim bu tarixin əsl qəhrəmanları olaraq yaddaşlarda qalacaqlar.

Qeyd edək ki, Rəhim Rauf oğlu İmamov 1990-cı ildə Xaçmaz rayonunun Xaspoladoba kəndində dünyaya göz açıb. Orta məktəbi bitirdikdən sonra əsgərliyə yollanan Rəhim Daxili Qoşunlarda rabitəçi kimi xidmət edib. Atası Rauf İmamov Birinci Qarabağ müharibəsi veteranıdır.

Rəhim İmamov ölümündən sonra “Xocavəndin azad olunmasına görə” və “Vətən uğrunda” medalları ilə təltif olunub.

Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Xəbər lenti

Xəbər lenti