...

Məktəbəhazırlıq qrupları üzrə tətil günləri açıqlanıb

Cəmiyyət Materials 11 Avqust 2022 15:43 (UTC +04:00)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Məktəbəhazırlıq qruplarında məşğələlər hər il oktyabrın 1-də başlayır və növbəti il mayın 31-də başa çatır.

Trend-in məlumatına görə, bu barədə Elm və Təhsil Nazirliyinin dövlət ümumi təhsil müəssisələrində yaradılan məktəbəhazırlıq qruplarının 2022-2023-cü tədris ili üçün tədris (məşğələ) planının təsdiqi barədə əmrində bildirilib.

Qeyd olunub ki, dərs ili iki yarımilə bölünür:

I yarımil: 1 oktyabr - 26 yanvar;

II yarımil: 1 fevral - 31 may.

Bildirilib ki, dərs ili ərzində aşağıdakı tətillər müəyyən olunur:

payız tətili: 16-20 noyabr (5 gün);

qış tətili: 27-31 yanvar (5 gün);

əlavə tətil: 1-5 may (5 gün).

Məqalədə:
Xəbər lenti

Xəbər lenti