...

Baş Prokurorluğun təşkilatçılığı ilə Ağalı kəndində konfrans keçirilib (FOTO)

Cəmiyyət Materials 24 Avqust 2022 14:37 (UTC +04:00)
Baş Prokurorluğun təşkilatçılığı ilə Ağalı kəndində konfrans keçirilib (FOTO)

Bakı. Trend:

Baş Prokurorluğunun təşkilatçılığı ilə Zəngilan rayonunun Ağalı kəndində konfrans keçirilib.

Trend xəbər verir ki, bu gün Azərbaycan Respublikası Baş Prokurorluğunun təşkilatçılığı ilə Zəngilan rayonunun Ağalı kəndində çoxsaylı dövlət qurumları, beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndəliklərinin və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirakı ilə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdış: pozulmuş hüquqlar və onların bərpası” mövzusunda yüksək səviyyəli konfrans keçirilib.

Konfransda Baş Prokuror Kamran Əliyev, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev, BMT-nin Qaçqınlar üzrə Ali Komissarının Azərbaycandakı nümayəndəsi Guido Ambroso və digər şəxslər iştirak edib.

Baş Prokurorluğun Mətbuat xidməti tərəfindən məlumat təsdiq edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti