...

Ona əlillik verilmədiyini deyən Vətən müharibəsi iştirakçısı ilə bağlı Agentlik açıqlama yayıb

Cəmiyyət Materials 16 Sentyabr 2022 16:59 (UTC +04:00)
Ona əlillik verilmədiyini deyən Vətən müharibəsi iştirakçısı ilə bağlı Agentlik açıqlama yayıb
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi Sentyabrın 15-də sosial şəbəkələrdə Bakıdakı marketlərdən birinin qarşısında əlil arabasında oturmuş vəziyyətdə, maddi kömək istədiyi halda görüntüsü yayılan Ağdaş rayon sakini, Vətən müharibəsi iştirakçısı Quliyev Samit Samir oğlu ilə bağlı açıqlama yayıb.

Trend-in məlumatına görə, açıqlamada bildirilir ki, Quliyev Samit Samir oğlu ona əlillik verilmədiyini deyib.

S.Quliyev əlillik üçün indiyədək heç bir müraciət etməyib. Hərbi həkim komissiyasında da Samitin müharibədə yaralanması ilə əlaqədar heç bir şəhadətnamə mövcud deyil. Özünün bildirdiyinə görə, o, tam sərbəst hərəkət edir.

Bununla belə, nazirliyin nümayəndələri onunla əlaqə saxlayıb və o, bu gün sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üçün əyani müayinəyə dəvət edilib. Səhiyyə Nazirliyinin həkim komissiyası ilə birgə müayinə aparılacaq.

Məlumat üçün deyək ki, sözügedən şəxs müharibədə aldığı yüngül xəsarətə görə “Azərsığorta” tərəfindən 550 manat sığorta ödənişi alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti