...

Azərbaycanda 214 nəfər COVID-19-a yoluxub, 2 nəfər vəfat edib

Cəmiyyət Materials 23 Sentyabr 2022 16:32 (UTC +04:00)
Azərbaycanda 214 nəfər COVID-19-a yoluxub, 2 nəfər vəfat edib

Bakı. Trend:

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 214 yeni yoluxma faktı qeydə alınıb, 229 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 2 nəfəri vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 820 513 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 809 210 nəfər müalicə olunaraq sağalıb, 9 902 nəfər vəfat edib, aktiv xəstə sayı 1 401 nəfərdir.

Ölkədə son sutka ərzində 2 728, hazırkı dövrədək isə 7 231 342 test aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti