...

Nazir Rəşad Nəbiyev Lənkəranda vətəndaşları qəbul edəcək

Cəmiyyət Materials 3 Oktyabr 2022 16:17 (UTC +04:00)
Nazir Rəşad Nəbiyev Lənkəranda vətəndaşları qəbul edəcək

Bakı. Trend:

Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda 2022-ci ilin oktyabr ayında vətəndaşları qəbulu cədvəlinə əsasən, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Astara, Lerik, Lənkəran, Masallı, Yardımlı, Cəlilabad, Biləsuvar və Cəbrayıl rayonlarının sakinlərini qəbul edəcək.

Vətəndaşların qəbulu 10 oktyabr 2022-ci il tarixində saat 10:00-da Lənkəran şəhərində yerləşən Heydər Əliyev Mərkəzində (ünvan: Lənkəran şəhəri, Zərifə Əliyeva küçəsi 16) keçiriləcək.

Nazir adıçəkilən rayonlarda göstərilən nəqliyyat, telekommunikasiya, o cümlədən internet, televiziya və radio yayımı, eləcə də poçt xidmətləri sahəsində əhalini maraqlandıran məsələlərlə bağlı vətəndaşları dinləyəcək.

Qəbula yazılmaq üçün 9 oktyabr 2022-ci il tarixinə qədər Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Çağrı Mərkəzi (1655) və elektron poçtu ([email protected]) və 012 598 58 58 (daxili 222 və 290) nömrəli telefon vasitəsilə müraciət etmək olar.

Xəbər lenti

Xəbər lenti