...

Gələn il Azərbaycanda səhiyyə sahəsinə ayrılacaq vəsait açıqlanıb

Cəmiyyət Materials 25 Oktyabr 2022 11:28 (UTC +04:00)
Gələn il Azərbaycanda səhiyyə sahəsinə ayrılacaq vəsait açıqlanıb
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Gələn il Azərbaycanda səhiyyə sahəsində ayrılacaq vəsait açıqlanıb.

Trend-in məlumatına görə, bu barədə oktyabrın 24-də Milli Məclisə daxil olmuş “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsində qeyd edilib.

Qeyd edilib ki, gələn il səhiyyəyə 1 906 389 453,0 manat vəsait ayrılması proqnozlaşdırılır.

Poliklinikalar və ambulatoriyalar üçün 1 802 885,0 manat, xəstəxanalar üçün 171 384 285,0 manat ayrılması nəzərdə tutulur.

Qeyd edək ki, 2023-cü il üçün dövlət büdcəsinin gəlirləri 30,7 milyard manat proqnozlaşdırılır ki, bu da ölkə tarixinin ən yüksək göstəricisi olmaqla, 2022-ci illə müqayisədə 5,2 faiz, 2021-ci illə müqayisədə isə 16,4 faiz çoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti