Bakı. Trend:
GPS.AZ-dan inteqrasiyalı CAN Control xidməti vasitəsilə bort-kompüteri olan istənilən avtomobilin sahibi avtomobil mühərrikini məsafədən işə sala bilər. Texniki və texnoloji cəhətdən qeyri-mümkün hesab edilən həll hazırda real olaraq istifadə olunur.
CAN Control sistemi avtomobildə GPS cihazı ilə birlikdə quraşdırılır. Proqram asanlıqla sazlanır və xüsusi bacarıq tələb etmir.
Nəqliyyat vasitəsinin sahibinin rahatlığı üçün mühərrikin uzaqdan xoda salınması bir neçə üsul ilə edilə bilər:
- Həyəcan siqnalı ilə xoda salma – mühərrikin həyəcan siqnalı ilə işə salınması rejimində mühafizə avadanlığı müəyyən edilmiş vaxtda mühərriki işə salır və qızdırır.
- Temperatur ilə xoda salma – mühərrikin temperaturu müəyyən dərəcəyə endikdə, mühərrik avtomatik işə düşür.
- Dövri xoda salınma – avtomatik xoddanma rejimində təhlükəsizlik avadanlığı müəyyən müddətdən sonra mühərriki işə salır və qızdırır.
- Qışda isti, yayda isə sərin – münasib məsafədən mühərrikin işə salma parametrlərinin asanlıqla təyin edilməsi: işin müddəti, başlama dövrləri, mühərrikin temperatura görə işə salınması.
GPS.AZ-dan CAN Control sistemi nəinki mühərriki idarə etmək, həmçinin, onu məsafədən bloka salıb yenidən işini bərpa etmək, qapıları bloka salıb blokdan çıxarmaq, təhlükəsizlik kəmərinin qoşulmasına və statusuna nəzarət etmək, avtomobildə yanacaq həcmi, mühərrikin dövriyyələrini və akkumulyatorun vəziyyətini monitorinq etmək, GPS.AZ sistemində mövcud olan 30-dan çox digər parametrlərə nəzarət etmək imkanı verir.