...

144 milyon uşaq və gənc təhsildən kənardadır -UNESCO

Cəmiyyət Materials 5 Noyabr 2022 10:53 (UTC +04:00)
144 milyon uşaq və gənc təhsildən kənardadır -UNESCO
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

“Dünyada 144 milyon uşaq və gənc hələ də məktəbdən kənardadır.

Trend-in məlumatına görə bunu şənbə günü UNESCO-nun Baş direktorunun təhsil üzrə müavini Stefania Giannini “Təhsildə Yeni Çağırışlar” III Beynəlxalq Forumunda videokonfrans vasitəsilə iştirakı zamanı deyib.

Onun sözlərinə görə,10 uşaqdan 6-sı çox sadə hekayələri belə oxumaq iqtidarında deyil.

"Həqiqətən vəziyyət çox acınacaqlıdır. Öyrənmə mühiti mütləq olaraq təmin edilməlidir. Bu kifayət qədər iddialı məsələdir. Məktəbdəki təcrübə bir həyat təcrübəsi olmalıdır. Bu hər bir siyasətin başlıca məqsədi olmalıdır. Təhsil emosional və sosial prosessdir ki, burada məhz təcrübəli, bacarıqlı müəllimlər başlıca rol oynayırlar", - deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti