Bakı. Trend:
Naxçıvanda “Ev təsərrüfatlarının uçotu” mövzusunda müşavirə keçirilib.
Trend-in məlumatına görə, hazırda davam edən müşavirədə Prezidentin Naxçıvandakı səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin və Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin əməkdaşları, eyni zamanda muxtar respublikanın mərkəzi və yerli icra hakimiyyəti orqanlarının rəhbərləri və nümayəndələri iştirak ediblər.