...

Sosial şəbəkələri tənzimləyən qanun olmalıdır - Elşad Mirbəşir

Cəmiyyət Materials 25 Yanvar 2023 16:30 (UTC +04:00)
Sosial şəbəkələri tənzimləyən qanun olmalıdır - Elşad Mirbəşir
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Sosial şəbəkələrdə insan hüquqlarının qorunması vacib məsələlərdən biridir. Bununla bağlı geniş müzakirələr aparılmalıdır.

Trend xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında deputat Elşad Mirbəşir deyib.

O qeyd edib ki, sosial şəbəkələri tənzimləyən qanunvericilik olmalıdır.

“Biz bu məsələ ilə bağlı geniş müzakirələr aparmalıyıq. Ona görə ki, sabah sosial şəbəkələr haqqında qanun layihəsi hazırlananda təndiqdlər olmasın. Biz bu istiqamətdə cəmiyyətin sifarişini müəyyən etməliyik, sosial şəbəkələri tənzimləyən bir qanun layihəsi olmalıdır. Sosial şəbəkələr bizim cəmiyyətimizin gələcəyinə böyük zərbə vurur. Orada azyaşlı uşaqlarla bağlı yayılan videolar adamı dəhşətə gətirir. Bu məsələləri ciddi şəkildə müzakirə etməliyik”, - deyə deputat əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti