...

Magistraturaya qəbul olmaq istəyənlər üçün sınaq imtahanı keçirilib

Cəmiyyət Materials 29 Yanvar 2023 20:19 (UTC +04:00)
Magistraturaya qəbul olmaq istəyənlər üçün sınaq imtahanı keçirilib

Bakı. Trend:

Dövlət İmtahan Mərkəzi (DİM) yanvarın 29-da ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul imtahanına hazırlaşanlar üçün sınaq imtahanı keçirilib.

DİM-dən Trend-ə bildirilib ki, imtahan Bakı, Naxçıvan və Gəncə şəhərlərində, ümumilikdə 4 binada təşkil olunub. İştirakçılara biliklərini yoxlamaq üçün zəruri şərait yaradılıb.

İmtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlanıb və 3 saat davam edib. İmtahanın idarə olunması üçün 8 imtahan rəhbəri və 56 zal nəzarətçisi ayrılıb.

Sınaq imtahanı ilə bağlı DİM-də operativ qərargah da fəaliyyət göstərib və mütəmadi olaraq imtahan keçirilən mərkəzlərlə əlaqə saxlanılıb. İmtahan bütün binalarda təlimata uyğun təşkil olunub.

İmtahan nəticələrinin yaxın 2 gün ərzində elan edilməsi nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti