Bakı. Trend:
Bakı Ağır Cinayətlər Məhkəməsində Xarici İşlər Nazirliyinə (XİN) qarşı mənimsəmədə təqsirləndirilən Nəcib Osmanovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Trend-in məlumatına görə, bu gün hakim Leyla Əsgərovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib və məhkəmə baxışı fevralın 24-nə təyin edilib.
İttihama görə, Osmanov Nəcib Tahir oğlu Azərbaycanın Koreyadakı Səfirliyində maliyyə məsələləri üzrə attaşe işləyib. O 2021-2022-vi illərdə işlədiyi müddətdə dövlət büdcəsindən səfirliyə ayrılmış vəsaitin 347 min manatını mənimsəyib.
Onun barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə) və 308(vəzifə səlahiyyətlərini aşma) maddələri ilə ittiham irəli sürülüb.