...

Fevral ayının pensiyaları yeni artımlarla ödənildi

Cəmiyyət Materials 14 Fevral 2023 11:02 (UTC +04:00)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə fevral ayının pensiyaları yeni artımlarla birgə ödənildi.

Bu barədə Trend-ə Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.

Qeyd edilib ki, fevral ayının pensiyaları artımlarla birgə ödənilib. İndeksləşdirmə əsasında yanvar ayına aid pensiya artımı da fevral ayının pensiyası üzərinə əlavə olunub.

Yaxın günlərdə digər bölgələri üzrə pensiyalar, həmçinin güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları da yeni artımlarla birgə ödəniləcək.

Xatrıladaq ki, Prezident İlham Əliyevin “Əmək pensiyalarının indeksləşdirilməsi haqqında” sərəncamına əsasən pensiyalar 14,7 faiz indeksləşdirilməklə bu ilin 1 yanvar tarixindən artırılır.

Yanvar ayının artımı fevral ayının pensiyası ilə birgə veriləcək. Məsələn, şəxsin pensiyası 400 manatdırsa, bu məbləğ cari il yanvarın 1-dən 14,7 faiz, yəni 58,8 manat artırılmaqla 458,8 manata çatdırılacaq, yanvar ayının 58,8 manat artımı da fevral ayında veriləcək.

Ümumilikdə 1,1 milyon pensiyaçını əhatə edən bu yeni artımlar üçün illik əlavə olaraq 728 milyon manat xərclənəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti