...

AzMİU-da “Code Academy”nin tərəfdaşlığı ilə yeni layihəyə start verilir (FOTO)

Cəmiyyət Materials 21 Fevral 2023 17:50 (UTC +04:00)
AzMİU-da “Code Academy”nin tərəfdaşlığı ilə yeni layihəyə start verilir (FOTO)

Trend-i buradan izləyin

Bakı. Trend:

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Elm və Təhsil Nazirliyi, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin birgə təşkilatçılığı, “Code Academy”nin tərəfdaşlığı ilə "Code for Future" layihəsinin təqdimatı keçirilib.

Məlumat verilib ki, layihə iki istiqamətdə - Memarlıq və Mühəndislik üzrə həyata keçiriləcək.

Layihənin məqsədi tələbələrə kiçik (junior) mütəxəssislər səviyyəsində “AutoCAD”, “Solidworks”, “3D Max” proqramlarının öyrədilməsidir.

Layihə çərçivəsində bu biliklərə yiyələnməsi üçün ümumilikdə 108 tələbə təlimlərə cəlb olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti